Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Heydər Əliyev və müasir memarlıq irsi” mövzusunda rəsm sərgisi yekunlaşıb.

19.04.2026

Aprelin 18-də Masallı rayon Heydər Əliyev Mərkəzində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən “Heydər Əliyev və müasir memarlıq irsi” mövzusunda rəsm sərgisi yekunlaşıb. Sərgi Masallı rayon Heydər Əliyev Mərkəzi, Masallı Dövlət Rəsm Qalereyası, Masallı şəhər Onbirillik İncəsənət Məktəbi və N.Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzi, Masallı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı bölməsinin tərəfdaşlığı ilə baş tutub. Sərgi çərçivəsində Ümummilli Lider Heydər Əliyevin memarlıq siyasəti, Azərbaycanın müasir memarlıq irsi və bu mövzunun rəssamların baxışında bədii əksi təqdim olunub. Ziyarətçilər nümayiş olunan əsərlərlə yaxından tanış olub, milli memarlıq ənənələrinin qorunması və inkişafının vacibliyi bir daha diqqətə çatdırılıb. Tədbirin sonunda sərginin əhəmiyyəti vurğulanaraq, bu cür layihələrin gənclərin yaradıcılıq potensialının üzə çıxarılmasına və mədəni irsin təbliğinə töhfə verdiyi qeyd olunub. Qeyd edək ki, sərgi 16-18 aprel tarixlərini əhatə edib, sərgidə ümumilikdə 120-dən çox ziyarətçi iştirak edib.