04.05.2026
Cəlilabad rayon Mərkəzi Kitabxana Sistemində “Bilik yarışı” layihəsi çərçivəsində məktəblilər arasında intellektual bilik yarışı təşkil olunub. Tədbir Cəlilabad Rayon İcra Hakimiyyəti, Mərkəzi Kitabxana Sistemi və Uşaq Səfirlər Məclisinin Cəlilabad rayon üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib. Yarışda şagirdlər müxtəlif mövzularda bilik və bacarıqlarını nümayiş etdirərək sualları cavablandırıblar. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarış iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Sonda fərqlənən şagirdlərə təşəkkürnamələr təqdim olunub. Tədbirin əsas məqsədi məktəblilərin asudə vaxtının səmərəli təşkili, təhsilə marağın artırılması, məntiqi düşüncə və dünyagörüşünün inkişaf etdirilməsi, bilik səviyyəsinin yoxlanılması, eləcə də komanda ruhunun gücləndirilməsi olub.