Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhid Əli Nuru oğlu Rzalının xatirəsi anılıb

17.04.2026

Yardımlı rayon Heydər Əliyev Mərkəzinin kollektivi Vətən müharibəsi şəhidi Əli Nuru oğlu Rzalının əziz xatirəsini dərin ehtiramla yad edib. Tədbir çərçivəsində şəhidin məzarı ziyarət olunub, məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub. Yardımlı rayon Heydər Əliyev Mərkəzi tərəfindən hazırlanmış xüsusi xatirə albomu şəhidin ailəsinə təqdim olunub.