Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Fərbiyə Şabanovanın doğum günü münasibətilə tədbir keçirilib

17.04.2026

Astarada “fəxri mədəniyyət işçisi”, “Tərəqqi” medallı, “Əvəsor” folklor kollektivinin yaradıcısı Fərbiyə Şabanovanın doğum günü münasibətilə tədbir keçirilib. Aprelin 15-də keçirilən tədbirdə rayonda faəliyyət göstərən mədəniyyət müəssisələrinin nümayəndələri iştirak ediblər. Çıxış edənlər Fərbiyə Şabanovanın mədəniyyətin inkişafına verdiyi töhfələri xüsusi vurğulayıb, bununla yanaşı onu doğum günü münasibətilə səmimi qəlbdən təbrik ediblər, möhkəm cansağlığı, uzun ömür arzulayıblar.