16.04.2026
Masallı rayon Mərkəzi Kitabxanasında “Narkomaniya cəmiyyət üçün təhlükədir” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib. Tədbirdə çıxış edən kitabxana əməkdaşları narkomaniyanın müasir dövrdə cəmiyyət üçün aktual sosial məsələlərdən biri olduğunu diqqətə çatdırıblar. Bildirilib ki, bu sahədə xüsusilə gənclər və yeniyetmələr arasında maarifləndirmə işlərinin aparılması vacibdir və belə tədbirlər onların sağlam həyat tərzinə yönləndirilməsində mühüm rol oynayır. Eyni zamanda vurğulanıb ki, ölkəmizdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkotik asılılığına qarşı mübarizə ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilir. Bu istiqamətdə görülən tədbirlər profilaktik tədbirlərin gücləndirilməsinə və ictimai məlumatlılığın artırılmasına xidmət edir. Tədbir mövzu ətrafında müzakirələrlə davam etdirilib.