11.04.2026
“2026 – Şəhərsalma və Memarlıq İli” çərçivəsində Masallı rayon Mərkəzi Kitabxanasının ərazisində kitabxana əməkdaşlarının iştirakı ilə iməclik təşkil olunub. İməclik zamanı kitabxananın həyətində mövcud ağacların dibləri bellənib, torpaq yumşaldılıb, həmçinin ağacların mühafizəsi məqsədilə əhənglənmə işləri aparılıb. Həyata keçirilən tədbirlər yaşıllıqların sağlam inkişafına şərait yaratmaq və onların qorunmasını təmin etmək məqsədi daşıyıb. Qeyd olunub ki, bu cür iməcliklər ətraf mühitin mühafizəsinə, yaşıllıq sahələrinin qorunub saxlanmasına və ekoloji mədəniyyətin formalaşdırılmasına mühüm töhfə verir. Kitabxana əməkdaşları bu kimi tədbirlərin mütəmadi olaraq davam etdiriləcəyini bildiriblər.