11.04.2026
Aprelin 10-da Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə görkəmli ədəbiyyatşünas alim, şair və Əməkdar müəllim Mirhaşım Talışlının 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Mərkəzin direktoru Reyhanə Sadıxova və digər iştirakçılar çıxış edərək alimin zəngin həyat yolu, pedaqoji fəaliyyəti, ədəbi mühitə verdiyi töhfələrdən bəhs ediblər. Daha sonra Mirhaşım Talışlının həyat və yaradıcılığını əks etdirən sənədli film nümayiş olunub. Tədbirdə bədii kompozisiyalar, şeir qiraətləri və musiqi nömrələri təqdim edilib.