09.04.2026
Masallı rayon Mərkəzi Kitabxanasında görkəmli aktyor Ceyhun Mirzəyevin anadan olmasının 80 illiyi münasibətilə “Ceyhun Mirzəyev – 80” adlı dəyirmi masa keçirilib. Aprelin 9-da təşkil olunan tədbirdə Masallı Dövlət Regional Kollecinin tələbələri iştirak ediblər. Çıxış edən kitabxana əməkdaşları bildiriblər ki, Ceyhun Mirzəyev ilk dəfə 1955-ci ildə “Görüş” filmində rol alıb. Qeyd olunub ki, aktyor bu filmdən üç il sonra ona böyük şöhrət qazandıran “Ögey ana” filmində İsmayıl obrazını canlandırıb. Tədbirdə vurğulanıb ki, Azərbaycan Dövlət İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirən aktyor Moskva şəhərində kino sahəsi üzrə təhsilini davam etdirib. C. Mirzəyev “Yenilməz batalyon”, “Dəli Kür”, “Yol əhvalatı”, “Qanlı zəmi” və digər filmlərdə rol alıb. Vurğulanıb ki, onun yaradıcılığında ən böyük uğurlardan biri “Fəryad” filmidir.