Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlıda seminar müşavirə keçirildi

03.06.2019

 

  Masallı regional Mədəniyyət idarəsinin Yardımlı rayon mədəniyyət işçiləri üçün təşkil olunmuş ənənəvi seminar-müşavirəkeçirildi. Rayon Mədəniyyət Mərkəzində keçirilən bu tədbirdə bir çox məsələlər müzakirə olundu. Masallı regional Mədəniyyət İdarəsinin Yardımlı rayon nümayəndəsi Ayaz Əliyev tədbirdə iştirak etdi. Azərbaycan Respublikası Prezidentinin və Mədəniyyət Nazirliyinin sərəncam və qərarları seminarda müzakirə edildi.

Yardımlı rayon MKS – in direktoru R.Səfərov ay ərzində keçiriləcək tədbirlərin mahiyyətindən danışdı. Rayon Mədəniyyət Mərkəzinin metodisti C.Hadiyev və MKS – in metodisti Ə.İsrafilov tədbirlərin təşkili və metodikası barədə ətaraflı məlumat verdilər. Bir neçə kənd müəssisələrində görülmüş işlər müzakirə olundu.

Seminar müşavirədə rayon Tarix – Diyarşünaslıq muzeyinin elmi işçisi, şair Ə.Əhmədoğlu kütləvi tədbirlərin təşkilində, rayonumuzun ictimai həyatında göstərdiyi  xidmətlərinə görə Masallı regional Mədəniyyət İdarəsinin Yardımlı rayon nümayəndəliyi tərəfindən fəxri fərmanla təltif olundu.