03.04.2026
Aprelin 3-də Astara rayonunda mədəniyyət müəssisələrinin rəhbərlərinin iştirakı ilə seminar-müşavirə keçirilib. Tədbirdə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov çıxış edərək qarşıda duran vəzifələri diqqətə çatdırıb və fəaliyyətin təşkili ilə bağlı vacib məqamlara toxunub. Seminar çərçivəsində mədəniyyət sahəsində görüləcək işlər barədə müzakirələr aparılıb və işlərin daha səmərəli təşkili üçün müvafiq tapşırıqlar verilib.