Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Dünyanı uşaqlara verək”

01.06.2019

 

            01 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə “Dünyanı uşaqlara verək” başlığı ilə Yardımlı rayon Mədəniyyət Mərkəzi və MKS – in birgə hazırladığı tədbir keçirildi.

         Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başladı. Yardımlı şəhər 1 saylı orta məktəbin şagirdlərinin ifaları tədbirə rəngarənglik verdi.

         Tədbirdə rayon Mədəniyyət Mərkəzinin direktoru N.Abiyev, MKS – in şöbə müdiri G.Manafov çıxış etdilər.

           Rayon Mədəniyyət Mərkəzinin bədii özfəaliyyət kollektivinin iştirakı konsert proqramı verildi.