Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Aşıq Ələsgərin anadan olmasının 205 illiyi münasibətilə maarifləndirici tədbir keçirilib.

19.03.2026

Lerik rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin anadan olmasının 205 illiyi münasibətilə Lerik şəhər V. İbrahimov adına İnteqrasiya təlimli internat tipli gimnaziyada maarifləndirici tədbir keçirilib.Tədbirdə 9-cu sinif şagirdləri iştirak edib. Kitabxana əməkdaşı aşığın həyat və yaradıcılığı, aşıq sənətindəki rolu barədə məlumat verib. Şagirdlər onun kitabları ilə tanış olub, qoşma və gəraylıları haqqında biliklərini artırıblar. Tədbirin əsas məqsədi şagirdlərdə klassik ədəbiyyata və milli irsə marağın gücləndirilməsi olub.