Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Astarada Milli Qəhrəman Yalçın Nəsirovun xatirəsi anılıb

19.03.2026

Martın 17-də Astara rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Yalçın Canhəsən oğlu Nəsirovun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.Tədbir əvvəlcə rayon mədəniyyət müəssisələrinin əməkdaşları və şəhidin ailə üzvləri tərəfindən Milli Qəhrəmanın məzarının ziyarəti ilə başlayıb. Ziyarət zamanı Qəhrəmanın xatirəsi ehtiramla anılıb. Daha sonra Qəhrəmanın adını daşıyan Sərək kənd tam orta məktəbində keçirilən mərasimdə məktəb kollektivi, döyüş yoldaşları, mədəniyyət nümayəndələri və kənd sakinləri çıxış edərək Yalçın Nəsirovun igidliyi və şərəf dolu həyatı barədə fikirlərini bölüşüblər. Həmçinin məktəbdə adına yaradılan xatirə guşəsi şagirdlərin vətənpərvərlik ruhunun tərbiyəsində mühüm rol oynadığı vurğulanıb.