07.03.2026
Cəlilabad rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə rayon Heydər Əliyev Mərkəzində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Memarlıq abidələrinin müstəsna rolu” mövzusunda tədbir keçirilib. Kitabxanın metodisti Müşahidə Nərimanova açılış nitiqi ilə çıxış edərək Azərbaycanın zəngin şəhərsalma və memarlıq ənənələrindən bəhs edib. Çıxışda memarlıq abidələrinin şəhərlərin formalaşmasında mühüm rol oynadığı qeyd olunub. Kitabxananın direktoru Qənimət İsrafilova, Cəlilabad rayon Mədəniyyət Mərkəzinin direktoru Ramil İbrahimov və digər çıxış edənlər ölkədə həyata keçirilən müasir şəhərsalma siyasəti, aparılan yenidənqurma və bərpa işləri barədə məlumat veriblər. Sonda tədbir iştirakçıları mövzu ilə bağlı fikirlərini bölüşüblər.