Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“İnsan təfəkkürünə sığmayan dəhşət” adlı dəyirmi masa keçirilib

20.02.2026

Fevralın 19-da Yardımlı Rayon İcra Hakimiyyəti və Yardımlı rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş “İnsan təfəkkürünə sığmayan dəhşət” adlı dəyirmi masa keçirilib. Tədbirdə Yardımlı Rayon İcra Hakiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Elçin Mirzəyev, Hamarkənd kənd orta məktəbinin direktoru İlqar Əliyev, Yardımlı şəhər 4 saylı orta məktəbin direktor müavini Səbuhi Sahratlı və şagirdlər iştirak ediblər. Əvvəlcə, iştirakçılar faciə qurbanlarının və ölkəmizin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Çıxış edənlər Xocalı faciəsinin tarixi, erməni təcavüzü, şəhərin işğalı, dünya mediasında işıqlandırılması və Ulu Öndər Heydər Əliyevin verdiyi hüquqi-siyasi qiymət barədə məlumat veriblər. Natiqlər həmçinin Vətən müharibəsi və antiterror əməliyyatları ilə torpaqlarımızın azad olunmasını və gənclərin üzərinə düşən vəzifələri vurğulayıblar. Tədbir “Unudulmayan Xocalı” adlı sərgi ilə başa çatıb.