19.02.2026
Fevralın 18-də Lerik rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə H. Nəciyev adına Noda kənd ümumi orta məktəbinin şagirdləri üçün “Müasir Azərbaycanın memarı” mövzusunda maarifləndirici mühazirə təşkil olunub. Tədbir “Memarlıq və şəhərsalma ili” çərçivəsində keçirilib. Mühazirədə Ümummilli Lider Heydər Əliyevin memarlıq və şəhərsalma sahəsində əsasını qoyduğu və ardıcıl şəkildə həyata keçirilən inkişaf siyasəti barədə məlumat verilib, tarixi-memarlıq abidələrinin bərpası, şəhərlərin baş planlarının yenilənməsi və infrastruktur layihələrinin genişləndirilməsi istiqamətində görülən işlər diqqətə çatdırılıb. Sonda şagirdlərin sualları cavablandırılıb.