19.02.2026
Fevralın 18-də Astara rayon Heydər Əliyev Mərkəzində “Ulu Öndər Heydər Əliyev və ana dili” layihəsi çərçivəsində 21 Fevral – Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə A. İbrahimov adına Şüvi kənd tam orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər. Mərkəzin direktoru Kübra Səmədova çıxış edərək ölkəmizdə ana dilinin inkişafının və beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinin Ulu Öndərin məqsədyönlü dil siyasətinin nəticəsi olduğunu vurğulayıb. Tədbirdə mövzu üzrə məruzələr dinlənilib, videoçarx nümayiş etdirilib.