19.02.2026
Lənkəran Mərkəzi Kitabxanasının direktor vəzifəsini müvəqqəti icra edən Arzuyə Rufullayeva Lənkəran Dövlət Universiteti nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin “İstehsalat” təcrübəsinin tələbələri ilə görüş keçirib. Tələbələrə təcrübə müddətindəki vəzifələr, kitabxana fəaliyyəti və iş qaydaları izah olunub. A. Rufullayeva nizam-intizam və təhlükəsizlik qaydalarına əməl etməyin vacibliyini vurğulayıb və praktik tövsiyələr verib. Görüş zamanı suallar cavablandırılıb, qarşılıqlı ünsiyyət tələbələrin bilik və bacarıqlarına töhfə verib. Təcrübə 16 fevral 2026-cı ildən 3 iyul 2026-cı ilədək davam edəcək və tələbələr kitabxananın müxtəlif şöbələrində praktiki bacarıqlarını inkişaf etdirəcəklər.