Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Memar Əcəmi Naxçıvani – 900 il” mövzusunda mühazirə keçirilib.

18.02.2026

Fevralın 18-də Cəlilabad rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Cəlilabad rayon Tibb Kollecində “Memar Əcəmi Naxçıvani – 900 il” mövzusunda mühazirə keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Mühazirədə Əcəmi Naxçıvaninin həyat və yaradıcılığı barədə ətraflı məlumat verilib. Həmçinin mövzu ilə bağlı videoçarx nümayiş olunub. Tələbələr mühazirəni maraqla dinləyib, suallar ünvanlayıb və müzakirələrdə fəal iştirak ediblər.