Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Heydər Əliyev və ana dilimiz”

18.02.2026

Fevralın 18-də Yardımlı rayon Heydər Əliyev Mərkəzində Köryədi kənd ümumi orta məktəbinin şagirdlərinin iştirakı ilə "Heydər Əliyev və ana dilimiz" adlı tədbir təşkil olunub. Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin bütün dövrlərində Azərbaycan dilinin inkişafı, qorunması, gələcək nəsillərə düzgün ötürülməsi məqsədilə həyata keçirdiyi dövlət siyasəti barədə ətraflı məlumat veriblər. Doğma dilimizin qorunmasının əhəmiyyətindən söz açıblar. Sonda şagirdlər mərkəzdə mövcud olan sərgilərlə tanış olublar.