18.02.2026
Fevralın 18-də Masallı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Şəhər Multimedia kitabxana filialında 2026-cı il “Şəhərsalma və Memarlıq İli” çərçivəsində maarifləndirici tədbir keçirilib. Filial müdiri Əsmər Əliyeva tədbiri açaraq mövzunun əhəmiyyətindən danışıb, xüsusilə aparılan yenidənqurma və abadlıq işləri, müasir infrastruktur layihələri barədə məlumat verib. Kitabxana əməkdaşı Fəridə Fətullayeva isə şəhərsalma ənənələri, milli memarlıq üslubu və müasir memarlıq nümunələri ilə bağlı məruzə təqdim edib. Tədbirin əsas məqsədi gənclərdə şəhərsalma və memarlıq sahəsinə marağın artırılması olub.