13.02.2026
Fevralın 13-də Masallı Rayon İcra Hakimiyyəti, Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara Regional nümayəndəliyinin Masallı bölməsinin birgə təşkilatçılığı, eləcə də Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayon üzrə Təhsil sektorunun dəstəyi ilə Masallı şəhər İ. Zülalov adına 5 saylı tam orta ümumtəhsil məktəbində Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə Milli Fəaliyyət Planının icrası çərçivəsində “Rəqəmsal mühitdə uşaqların zərərli informasiyadan qorunması” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Ənitqə Tağıyeva, Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının böyük məsləhətçisi və Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın məsul katibi Zamin Məmmədov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara Regional nümayəndəliyinin Masallı bölməsinin direktoru Orxan Əliyev, müəllimlər və şagirdlər iştirak ediblər. Çıxış edənlər rəqəmsal texnologiyaların uşaqların təhsilinə və dünyagörüşünün formalaşmasına geniş imkanlar yaratdığını, lakin zərərli məlumatların onların psixoloji və mənəvi inkişafına mənfi təsir göstərə biləcəyini bildiriblər. Məruzəçilər sosial şəbəkələrdən düzgün istifadə, şəxsi məlumatların qorunması, internetdə etik davranış və təhlükəli məzmundan uzaq durmağın vacibliyi barədə tövsiyələr veriblər. Tədbir zamanı şagirdlərlə interaktiv diskussiya aparılıb, onların sualları cavablandırılıb və mövzu ilə bağlı fikirləri dinlənilib.