25.05.2019
Mayın 25-də Masallı rayon Tarix-Diyarşünaslıq muzeyində Hişkədərə kənd Elşad Ağayev adına tam orta məktəbin müəllim və ibtidai sinif şagirdlərinin iştirakı ilə 28 May- Respublika Günü münasibətilə “Azadlığa Yol Açanlar” adlı tarix dərsi keçirildi. Tarix dərsində muzeyin direktoru Əntiqə Tağıyeva şagirdlərə yaş xüsusiyyətləri və psixologiyası nəzərə alınmaqla, 28 may 1918-ci ildə yaradılmış ilk milli dövlətimiz – Azərbaycan Xalq Cümhuriyyəti haqqında məlumat verdi. Muzeyin elmi işçisi Ağayev Həbib onun yaradıldığı tarixi-siyasi və hərbi şərait, eləcə də qurucuları olan Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski və digərləri haqqında geniş məlumatlar verdi. Bununla yanaşı, dövlət atributlarımız olan “Üçrəngli” dövlət bayrağı, himn və gerbimiz, onların müəllifləri, yaradılma tarixi, daşıdıqları siyasi-rəmzi mənalar, habelə müasir Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyev və onun davamçısı, Prezident Ilham Əliyev haqqında məlumatlar verdi, mövzu ətrafında sorğu apardı, şagirdləri maraqlandıran sualları cavablandırdı. Sonda xatirə fotoları çəkdirildi.