24.05.2019
24 may 2019-cu il tarixdə Yardımlı rayon MKS-in Mərkəzi kitabxanasında "28 May-Respublika Günüdür" mövzusunda tədbir keçirilmişdir.Tədbirdə MKS-in direktoru R.Səfərov geniş məruzə etdi.O çıxışında bildirdi ki,1991-ci ildə öz müstəqilliyini bərpa edən müasir Azərbaycan Respublıkası,1918- 1920-ci illərdə 23 ay mövcud olan və müsəlman Şərqində ilk dünyəvi ,demokratik dövlət kimi tarixə düşən Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir.Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrin iyaşadaraq,həmin dövr üçün mütərəqqi hesab edilən dövlət təsisatlarının yaradılmasına nail olmuşdur.Gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuq və sair sahələrdə həyata keçirdiyi işlər Azərbaycan xalqının tarixinin parlaq səhifəsidir.İstiqlal Bəyanmaəsinin elan edilyi 1918-ci ilin 28 may tarixi hazırda dövlət müstəqilliyinin bərpa edilməsi günü -Respublika Günü kimi qeyd edilir.
Tədbirin sonunda tədbir iştirakçıları "28 May-Respublika Günüdür" başlıqlı kitab sərgisi ilə yaxından tanış oldular.