Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Oxu bayramı – 2019

22.05.2019

 

            Cəlilabad MKS . 22 may 2019-cu il tarixdə   Mərkəzi kitabxanada Ulu Öndər Heydər Əliyevin 96-cı ildönümü ilə əlaqədar  “Kitab sahilsiz dəniz, biliklər ümmanıdır” adlı Oxu bayramı keçirildi.

Tədbir H.Əliyev  adına  yaradıcılıq mərkəzində təşkil edilmişdi. Bayramda rayon İcra Hakimiyyəti başçısının Humanitar işlər üzrə müavini Elnarə Həsənova , Cəlilabad rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov, ADPU Cəlilabad rayon  filialının direktoru Xudayar Soltanlı, rayon ziyalıları, Mədəniyyət, Təhsil və  digər idarə və təşkilatların nümayəndələri iştirak edirdilər. Tədbirə həmçinin rayonun orta məktəb müəllim və şagirdləri, tələbələr, mətbuat nümayəndələri dəvət olunmuşdu.

            Tədbirdə ilk olaraq qonaqlar  kitabxananın  həyətində təşkil edilmiş kitab, rəsm  və digər sərgilərlə tanış oldular. Sonra rayon idmançılarının ifasında nümayiş etdirilən  müxtəlif  idman oyunlarını izlədilər.            Bayramda müxtəlif mövzulara    həsr edilmiş  kitab  sərgiləri, əl işləri və 1000 nüsxədən  çox müxtəlif  mövzularda kitablar  nümayiş olunurdu. Nümayiş olunan kitabların arasında Brayl əlifbalı, uşaq, Prezident sərəncamı ilə çap edilmiş latın qrafikalı  kitablar xüsusi yer tuturdu. Bayramda həmçinin   məktəblilərin ifasında  bir  çox nağıl personajları  iştirak edirdilər.

            Tədbirin bədii hissəsində Cəlilabad rayon ADPU  tələbələrinin  və 2 saylı tam orta məktəbin şagirdlərinin ifasında Ulu öndər H.Əliyevə həsr edilmiş şeirlər  söyləndi, ADPU  tələbələrinin ifasında səhnəcik nümayiş etdirildi, müğənni Əlibaba Əliyev və Uşaq İncəsənət məktəbinin şagirdi  İsmayıl İmanovun ifasında mahnılar oxundu.