Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

20 Yanvar şəhidlərinin xatirəsi Lənkəranda böyük ehtiramla anılıb

20.01.2026

Qanlı Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar yanvarın 20-də Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov və aparatı, həmçinin Lənkəran rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin kollektivləri “Şəhidlər Xiyabanı” na gələrək 20 Yanvar şəhidlərinin xatirə kompleksinin önünə tər çiçəklər düzərək, şəhidlərin ruhuna dualar oxuyub, xatirəsini böyük ehtiramla yad ediblər.