17.01.2026
Yanvarın 16-da Masallı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Öncəqala kənd filialı Ə.Məmmədov adına Öncəqala kənd tam orta məktəbində “Nağıl saatı” təşkil edib. Tədbirin məqsədi uşaqlarda kitab sevgisini artırmaq, onların təxəyyülünü inkişaf etdirmək və oxu vərdişlərini gücləndirmək olub. Filial müdiri Fidan Məmmədova müxtəlif nağıllar oxuyub, uşaqlara maraqlı suallar verərək onların aktiv iştirakını təmin edib. Uşaqlar üçün "Nağıl saatı" həm maarifləndirici, həm də əyləncəli keçib