Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

20 Yanvar faciəsinin 36-cı ildönümü qeyd olunub

16.01.2026

Yanvarın 15-də Yardımlı rayonunda Heydər Əliyev Mərkəzi, Mərkəzi Kitabxana və Yardımlı Peşə Məktəbinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə müəssisələrin əməkdaşları və şagirdlər iştirak ediblər. Əvvəlcə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi ehtiramla yad olunub. Daha sonra tədbirdə çıxış edənlər bu faciənin Azərbaycan xalqının azadlıq mübarizəsində mühüm və unudulmaz mərhələ olduğunu vurğulayaraq, hadisələrin tarixi, səbəbləri və nəticələri barədə məlumat veriblər. "Çıxışlarda 20 Yanvar hadisələrinə dair Ulu Öndər Heydər Əliyevin siyasi-hüquqi baxışı xüsusi vurğulanıb.”Tədbirin sonunda şagirdlərin mövzu ilə bağlı fikirləri dinlənilib.