16.01.2026
Astara rayon Mərkəzi Kitabxananın Uşaq şöbəsinin təşkilatçılığı ilə Astara şəhər 5 saylı orta məktəbdə “Nağıl saatı” adlı maraqlı və yadda qalan görüş keçirilib. Uşaq şöbəsinin əməkdaşı Aysel Əhmədova balaca dinləyicilərə bir-birindən maraqlı nağıllar danışaraq onların təxəyyül dünyasını zənginləşdirib. Nağılları diqqətlə dinləyən və məzmununu düzgün şərh edən şagirdlər isə jurnal hədiyyəsi ilə mükafatlandırılıb. Balacalar üçün kitablarla dolu bu xoş saat həm əyləncəli həm də maarifləndirici olub!