24.12.2025
Dekabrın 24-də Astara rayon Heydər Əliyev Mərkəzinin və YAP Astara rayon təşkilatının birgə təşkilatçılığı ilə 31 Dekabr–Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə YAP Astara rayon təşkilatının əməkdaşları, Astara rayon Artupa kənd Y.Ağayev adına tam orta və Astara rayon Burzubənd kənd tam orta ümumtəhsil məktəblərinin müəllim və şagirdləri iştirak edib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Məruzələrdə qeyd olunub ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü – Azərbaycan xalqının birlik şüarının simvolik günüdür. Bu gün dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Bütün bu nailiyyətlərin əsasında Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı siyasi kurs dayanır. Bildirilib ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Ümummilli Liderimizin müdrik siyasi kursunu layiqincə davam etdirərək, Azərbaycanın dünyanın yüksək inkişaf etmiş ölkələri sırasına çıxması naminə qeyri-adi fədəkarlıq nümunələri göstərir. Tədbirdə, həmçinin mövzu ilə əlaqədar videoçarx nümayiş olunub, rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.