23.12.2025
Lerik rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Oxuculara Xidmət şöbəsinin təşkilatçılığı ilə “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Lerik şəhər V. İbrahimov adına İnteqrasiya təlimli internat tipli gimnaziyanın şagirdləri iştirak edib. Kitabxananın əməkdaşları insan alverinin cəmiyyət üçün yaratdığı təhlükələrdən, bu sahədə görülən profilaktik tədbirlərdən və maarifləndirmənin əhəmiyyətindən geniş bəhs ediblər. Sonra şagirdləri maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, tədbirin əsas məqsədi şagirdlərin insan alveri təhlükəsi, onun formaları, qarşısının alınması yolları və hüquqi nəticələri barədə məlumatlılıq səviyyəsinin artırılması, həmçinin onların öz hüquqlarını tanımasına dəstək göstərmək olub.