19.12.2025
Astara rayon Mərkəzi Kitabxananın Uşaq şöbəsinin təşkilatçılığı ilə Astara şəhər Z.Bünyadov adına 2 saylı orta məktəbdə "Qəhrəmanlar unudulmur!" mövzusunda tədbir keçirilib. Tədbirdə həmin məktəbin müəlliməsi Zümrüd Məmmədzadə və VII d sinif şagirdləri iştirak ediblər. "Qəhrəmanlar unudulmur!" mövzusunda keçirilən tədbirdə uşaq şöbəsinin əməkdaşı Aysel Əhmədova Milli Qəhrəman Aslanov Niyazi Şərəfxan oğlunun həyatı və döyüş yolu haqqında şagirdlərə məlumat verib. Qeyd edib ki, Niyazi Aslanovun həyatı, hərbi xidməti, döyüşlərdə göstərdiyi şücaət və şəhadəti bu torpağın nə qədər qiymətli olduğunu bir daha göstərir. Bildirib ki, şəhidlərin xatirəsi bizim milli kimliyimizin, vətən sevgimizin əsas dayaqlarındandır. Milli Qəhrəman Niyazi Aslanovun adı hər zaman ehtiramla anılacaq və onun fədakarlığı heç vaxt unudulmayacaq!