17.12.2025
Fövqəladə Hallar Nazirliyinin Quru Qoşunlarının Lənkəran şəhərində yerləşən “N” saylı hərbi hissəsində FHN-nin yaradılmasının 20 illiyi münasibətilə “Vətənin keşiyində!” adlı bayram konserti keçirilib. Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbir vətənpərvərlik ruhunda hazırlanmış zəngin musiqi proqramı ilə yadda qalıb. Konsert proqramında Mərkəzin “İrs” instrumental ansamblı, “Babalar” xor kollektivi və solistlər bir-birindən maraqlı musiqi və rəqs nömrələri ilə çıxış edərək tədbirə xüsusi rəng qatıb. Səmimi və yüksək ovqatlı tədbir, hərbi hissənin şəxsi heyəti tərəfindən böyük maraq və alqışlarla qarşılanıb, əsl bayram əhval-ruhiyyəsi yaşanıb.