16.12.2025
Astara rayon Mərkəzi Kitabxananın Uşaq şöbəsinin təşkilatçılığı ilə Astara şəhər M.Ə.Sabir adına 1saylı orta məktəbdə "Nağıl saatı" keçirilib. Nağıl saatında həmin məktəbin I b sinif rəhbəri Elanura Qafarova və şagirdləri iştirak ediblər. Uşaq şöbəsinin əməkdaşı Aysel Əhmədova şagirdlərə "Ağıllı fil" və " Müdrik qoca" nağıllarını danışıb. Yekunda nağıl saatında fəallıq göstərən şagirdə jurnal hədiyyə edilib.