Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlı rayon MKS-də Nəsimi 650

17.05.2019

Yardımlı rayon MKS – in 42 saylı Urakəran kənd kitabxanasında və RMM – nin 3 saylı Folklor klubunda İmadəddin Nəsiminin 650 illiyi ilə əlaqədar tədbir keçirildi. Kitabxana müdiri V.Rüstəmova İ.Nəsimi yaradıcılığı barədə tədbir iştirakçılarına məlumat verdi. Sonra Urakəran kənd orta məktəbinin müəllimi Q.Qaraxanlı Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə 2019 – cu ilin Nəsimi ili elan edilməsi və bu məqsədlə keçirilən tədbirlərin təşkili barədə məlumat verdi. Tədbir iştirakçıları Nəsiminin əsərləri ilə tanış oldular, şerlərindən parçalar söylədilər və kitabxanada təşkil olunmuş sərgi ilə tanış oldular.

Urakəran kənd klubunda da Nəsimi –650 başlığı ilə tədbir keçirildi. Tədbirdə klub müdiri V.Əsgərov İ.Nəsimi irsinin təbliğində və Nəsimi yaradıcılığının öyrənilməsində əhəmiyyətli tədbirlərdən danışdı. Müəllim Q.Qaraxanlı “Haqq aşiqi” barədə tədbir iştirakçılarına məlumat verdi. Şagirdlərin və dərnək üzvlərinin ifasında şairin şerləri səsləndirildi.