9 may 2019-cu ildə Masallı rayon Mərkəzi kitabxanasında 9 may Faşizm üzərində Qələbənin 74 illiyi münasibətilə tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Əlhəddin Nəzərov bildirib ki, faşizm üzərində qələbənin qazanılması dünyanın bütün azadlıq sevən xalqları kimi Azərbaycan xalqının da qanı və külli miqdarda maddi sərvətlərinin itirilməsi, böyük məhrumiyyətlər hesabına mümkün olmuşdur. Azərbaycanın bütün maddi və mənəvi sərvətləri, insan qüvvəsi faşizmə qarşı mübarizəyə cəlb edilmiş, qələbənin əldə olunmasında Bakı neftinin həlledici rolu olmuşdur.Müharibəni gedişində 300 mindən çox azərbaycanlı həlak olmuş, döyüşlərdə qəhrəmanlıq və şücaət göstərmiş çoxli sayda həmyerlimiz yüksək adlarla, 139 nəfər Sovet İttifaqı Qəhrəmanı adı ilə təltif edilmişdir. Daha sonra çıxış edən kitabxana əməkdaşları Şəmsurə Nəsirova və Gülər Kərimova qeyd ediblər ki, Qələbənin ildönümü tədbirləri hər il yüksək səviyyədə keçirilir, müharibə veteranlarına qayğı göstərilməsi, onların sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində mütəmadi addımlar atılır.