05.12.2025
Astara rayon Mərkəzi Kitabxananın Oxuculara Xidmət şöbəsinin təşəbbüsü ilə oxu zalında 5 Dekabr–Beynəlxalq Könüllülər Günü ilə əlaqədar "Könüllü ürəklərin, tarix yazan Zəfəri" mövzusunda tədbir keçirilib. Tədbirdə Astara Gənclər Evinin gəncləri iştirak edib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Giriş nitqi ilə çıxış edən kitabxananın metodika biblioqrafiya şöbəsinin müdiri Nərgiz Məhərrəmova bildirib ki, 5 Dekabr – Beynəlxalq Könüllülər Günü könüllülərin əməyinə verilən dəyəri ifadə edir. Hər bir könüllünün fəaliyyəti cəmiyyətin humanist, inkişaf etmiş və daha dayanıqlı olmasına doğru atılan addımdır. Azərbaycanda da könüllü hərəkatı genişlənməkdə davam edir. Buna bariz nümunə 2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsinə qoşulan Azərbaycan gənclərinin göstərmək olar. Biz xalq olaraq könüllü gənclərində tarix yazan Zəfərinə şahid olduq. Sonra digər iştirakçılar mövzu ətrafında çıxış ediblər və tədbirlə bağlı qurulmuş sərgiyə baxış keçirilib.