05.12.2025
Yardımlı rayon Heydər Əliyev Mərkəzində 12 dekabr Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar "Unudulmayan dahi" adlı sərgi tərtib olunub. Sərgidə Ulu Öndərin ordu, mədəniyyət, təhsil və Azərbaycan-dili haqqında kəlamlarından, o cümlədən dünya liderlərinin Heydər Əliyev haqqında söylədikləri fikirlərindən ibarət stendlər və həyat və fəaliyyətindən bəhs edən kitablar yer alıb.
Sərgi dekabrın sonuna qədər davam edəcək.