Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Baramaçılıq və ipəkçiliyin dünəni və bu günü”

05.12.2025

“Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkşafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar dekabrın 4-də Astara rayon Heydər Əliyev Mərkəzində sərgi və tədbir keçirilib. Tədbirdə Astara rayonu Uşaq - Gənclər İnkşaf Mərkəzinin müəllim və şagirdləri iştirak edib. Mərkəzin direktoru Kübra Səmədova qeyd edib ki, Azərbaycanda qədim ənənələri olan baramaçılığın və ipəkçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi, ixrac potensialının artırılması, kənd yerlərində məşğulluğun təmin edilməsi və nəzərdə tutulan digər işlərin vahid proqram əsasında həyata keçirilməsi məqsədilə 2017-ci il noyabrın 27-də “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” təsdiqlənib. Sonra digər iştirakçılar mövzu ilə əlaqədar geniş məruzə ilə çıxış ediblər. Rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilərək tədbir sona çatıb.