04.12.2025
Lerik rayon Mərkəzi Kitabxanasının Oxuculara Xidmət şöbəsinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Lerik rayon Mərkəzi Kitabxanasının kənd kitabxana filiallarının müdirləri iştirak ediblər. Çıxış edənlər Konstitusiya gününün dövlətçilik tariximizdəki xüsusi rolundan, ölkəmizin müstəqilliyinin qorunması istiqamətində aparılan uğurlu siyasətdən söz açaraq, kitabxanaların bu istiqamətdə maarifləndirici fəaliyyətinin gücləndirilməsinin vacibliyini vurğulayıblar.