Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Kənd təsərrüfatında baramaçılığın rolunun gücləndirilməsi” mövzusunda dəyirmi masa təşkil olunub.

04.12.2025

Dekabrın 3-də Yardımlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, Yardmlı rayon Tarix-Diyarşünaslıq Muzeyi, Yardımlı rayon Mədəniyyət Mərkəzi və Yardımlı rayon Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin tədbirlər planına uyğun olaraq dəyirmi masa keçirilib. Mərkəzi Kitabxananın direktor əvəzi Mehman Xanızadə bildirib ki, baramaçılıq ölkəmizin kənd təsərrüfatında xüsusi yer tutan, həm iqtisadi, həm də sosial baxımdan əhəmiyyətli bir sahədir. Azərbaycanın iqlim şəraiti, tut ağaclarının geniş yayılması və kənd təsərrüfatı ənənələri baramaçılığın inkişafı üçün əlverişli imkanlar yaradır. Tədbirdə çıxış edənlər barama istehsalının artırılması, keyfiyyətli tut plantasiyalarının salınması, ipəkqurdu bəslənməsində müasir yanaşmalar, bu sahədə çalışan fermerlər üçün təlimlərin təşkili və onlara subsidiyaların verilməsinin vacibliyini vurğulayıblar.