04.12.2025
Dekabrın 4-də Cəlilabad rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyev irsinin öyrənilməsi və təbliği məqsədilə həyata keçirilən layihə çərçivəsində “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda mühazirə təşkil olunub.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Mühazirədə Ulu Öndər Heydər Əliyevin ömrünün mənsub olduğu xalqa xidmətdə keçməsindən və onun Azərbaycan dövlətçiliyinin əbədiliyini təmin etməsi geniş şəkildə izah edilib. Həmçinin, tədbir zamanı Heydər Əliyevə həsr olunmuş “ Heydər Əliyev Azərbaycandır!” filmi nümayiş olunub. Mühazirəni tələbələr böyük maraqla dinləyib, suallar verib və müzakirələrdə fəal iştirak ediblər. Tədbirin sonunda iştirakçılara Heydər Əliyev irsinin daha dərindən öyrənilməsi üçün tövsiyələr verilib. Qeyd edək ki, mühazirə ADPU-in Cəlilabad filialında təşkil olunub.