Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“ Muzeylər və Nəsimi irisi“

06.05.2019

Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar " Nəsimi ili " çərçivəsində 6 may tarixində Masallı Tarix Diyarşünaslıq muzeydə, Masallı rayon Uşaq -Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə " Muzeylər və Nəsimi irsi" mövzusunda tədbir keçirildi.Tədbiri muzeyin direktoru Tağıyeva açaraq İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malik olduğunu söylədi. Tədbirin təşkilatçısı UGİM-nin direktoru Əsmər Axundova çıxış edərək İmadəddin Nəsimi dünya mədəniyyəti tarixində Azərbaycan xalqının adına şərəf və şöhrət gətirən isdedadlı bir şair,ana dilində gözəl şerlər yazan nəhəhg bir söz ustadı,kamillik dərəcəsi ilə dünya fəlsəfi fikrinə orjinal və təkrarsız əlavələr etmiş,öz məsləkindən dönməyən,cəsur bir şəxsiyyət olmağından danışdı. Tədbirdə UGİM bədii qiraət dərnəyinin üzvü Qasımov Nərmin " Etmə get" qəsəlini səsləndirdi. Nağara dərnəyinin ritm qrupu " Qafil oyan" kompozisiyasını nümayiş etdirdilər. Zeynalov Zakir tarda müşayəti hamı tərəfindən alqışlandı. 
Tədbirin sonunda muzeyin ekspozisiyasında vətənpərvərlik bölməsində xatirə şəkili çəkdirildi.