04.11.2025
Noyabrın 4-də Yardımlı rayon Mərkəzi Kitabxanasında rayon ictimaiyyətinin nümayəndələri, Yardımlı Peşə məktəbinin müəllim, şagird kollektivi və oxucuların iştirakı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan edilməsi ilə əlaqədar tədbir keçirilib.
Öncə torpaqlarımız uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
MKS-in direktor əvəzi Mehman Xanızadə tədbiri açaraq 2025 – ci ilin“Konstitusiya və Suverenlik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 28 dekabr 2024- cü il tarixli sərəncamı və görülülmüş işlər haqqında məlumat verib.
Tədbirdə Yardımlı rayon İcra Hakimiyyətinin nümayəndəsi Şakir Kərimov, YAP Yardımlı rayon təşkilatının nümayəndəsi Şaiq Zahidli, Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Zeynəb Məmişzadə, Peşə məktəbinin direktoru Ruslan Ataşlı çıxışlarında bildiriblər ki, "Konstitusiya və Suverenlik İli" elan etməsi Azərbaycanın dövlətçilik tarixində mühüm bir mərhələdir. İl ərzində görülmüş işlər, həyata keçirilmiş tədbirlər hüquqi dövlət quruculuğu, milli suverenliyin qorunması və dövlətçilik dəyərlərinin təbliği baxımından böyük əhəmiyyət kəsb edir. 2025-ci il həm Azərbaycanın müstəqilliyinin, həm də Konstitusiyasının müəyyən etdiyi hüquqi və demokratik prinsiplərin möhkəmləndirilməsi yolunda tarixi bir il oldu. Bu təşəbbüs Azərbaycan xalqının milli ruhunu, dövlətinə olan bağlılığını və suverenliyini qoruma əzmini daha da gücləndirdi.