Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Astarada ”Şuşa, sən azadsan!” filmi nümayiş olunub

03.11.2025

8 Noyabr-Zəfər Günü münasibətilə noyabrın 3-də Astara rayon Heydər Əliyev Mərkəzində "Şuşa, sən azadsan!" sənədli filmi nümayiş olunub.

Tədbirdə Astara şəhər F.Əliyarov adına 6 nömrəli, Ərçivan qəsəbə F.Qasımov adına 1 və 4 nömrəli tam orta məktəblərinin müəllim və şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova açıb.

Öncə Vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan igidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Azərbaycanın rəşadətli Ordusunun, əsgər və zabitlərinin qəhrəmanlıq yoluna həsr olunmuş film izlənilib.