28.10.2025
Lerik rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Valeh İbrahimov adına İnteqrasiya Təlimli İnternat tipli Gimnaziyanın şagirdləri üçün “Tütün çəkmək qadağandır” adlı maarifləndirici tədbir keçirilib.
Tədbir zamanı tütünün insan orqanizminə vurduğu zərərlər, onun yaratdığı asılılıq və sağlam həyat tərzinin önəmi haqqında geniş məlumat verilib. Şagirdlər arasında sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərdən uzaq durmağın vacibliyi vurğulanıb.
Qeyd edək ki, belə tədbirlərin əsas məqsədi gələcəyimiz olan gənclərin sağlam, bilikli və məsuliyyətli vətəndaşlar kimi formalaşmasına töhfə verməkdir.