29.10.2025
Oktyabrın 29- da Şabanlı kənd Mədəniyyət evinin təşəbbüsü ilə Şəhid Salman Abbasov adına Şabanlı kənd tam orta məktəbində "Uşaq hüquqları aylığı" çərçivəsində maarifləndirici tədbir keçirilib
Mədəniyyət evinin direktoru Cəmil Əzizov çıxışında vurğulayıb ki, hər bir uşağın sağlam, təhlükəsiz və xoşbəxt mühitdə böyüməsi dövlətimizin diqqət mərkəzindədir və bu istiqamətdə maarifləndirici fəaliyyətlər davam etdiriləcəkdir.
Qeyd edək ki, tədbirin əsas məqsədi şagirdlər arasında uşaq hüquqlarının qorunması, uşaqların cəmiyyətin tamhüquqlu üzvü kimi formalaşması və onların hüquqi biliklərinin artırılması olub.