Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Astarada ”Hadrut, sən azadsan!” filmi nümayiş olunub

29.10.2025

8 Noyabr-Zəfər Günü münasibətilə oktyabrın 29-da Astara rayon Heydər Əliyev Mərkəzində " Hadrut, sən azadsan!" sənədli filmi nümayiş olunub.

Tədbirdə Astara rayon Ərçivan qəsəbə F.Qasımov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllim və şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova açıb.Öncə Vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan igidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Azərbaycanın rəşadətli Ordusunun, əsgər və zabitlərinin qəhrəmanlıq yoluna həsr olunmuş film izlənilib.