Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı muzeyində Konstitusiya və Suverenlik ili ilə bağlı maarifləndirici ekskursiya

29.10.2025

Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Konstitusiya və Suverenlik ili” çərçivəsində məktəblilər üçün maarifləndirici ekskursiya təşkil olunub.

Tədbirdə Yeddioymaq 1 saylı, Hüseynhacılı, Müsaküçə və Gəyəçöl kənd tam orta məktəblərinin şagird və müəllim kollektivi iştirak edib.

Ekskursiya zamanı muzey əməkdaşları şagirdləri muzeyin bölmələri və qalereyadakı eksponatlarla tanış ediblər. Onlara xalqımızın qədim həyat tərzi, adət-ənənələri, milli və maddi mədəniyyət nümunələri haqqında ətraflı məlumat verilib.

Tədbirin sonunda şagirdlər Azərbaycan xalqının tarixini əks etdirən eksponatlarla yaxından tanış olaraq maraqlı və öyrədici anlar yaşayıblar.