Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Hüquqlarımızı öyrənək və qoruyaq

29.10.2025

Astara Tarix-Diyarşünaslıq Muzeyində 20 oktyabr-20 noyabr tarixləri “Uşaq hüquqları aylığı” çərçivəsində “Hüquqlarımızı öyrənək və qoruyaq” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Qapıçıməhəllə kənd Ə.Əliyev adına ümumi orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər.

İlk öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə muzeyin baş elmi-işçisi Vüsalə Xocaxanova açaraq qeyd etdi ki, Uşaq hüquqları dünyada insan hüquqları sahəsində ən aktual mövzulardan biridir. Uşaqların hüquq və azadlıqlarının təmin olunması onların rifahı və normal inkişafı üçün mühüm amildir. Yalnız ailədə və cəmiyyətdə hərtərəfli müdafiə və qayğı ilə əhatə olunan uşaq gələcəyin layiqli və vətənə sadiq vətəndaş kimi yetişə bilər. Azərbaycanda uşaq hüquqlarının təmin edilməsi sahəsində demək olar ki, hər il qəbul edilən yeni hüquqi sənədlər bu sahənin inkişafı prosesini daha da sürətləndirir. “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” yeni qanunların qəbul edilməsi, təhsil qanunvericiliyində, sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı qanunvericilikdə yeni təminatların təsbit edilməsi, sosial təminatın gücləndirilməsi dövlətin uşaqlara olan diqqətinin nəticəsidir.

Sonra mövzu ilə bağlı muzeyin fond mühafizi Xəyalə Haqverdiyeva məruzə edib. Məruzə ətrafında çıxışlardan sonra isə şagirdlərlə fikir mübadiləsi aparılıb.

Yekunda şagirdlər muzeyə ekskursiya ediblər.